Natavan və Dadonun toy tarixi bəlli oldu

Natavan və Dadonun toy tarixi bəlli oldu
08:37 21 İyun 2017
154 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi reper Səid Əliyevlə (Dado) ailə qurmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Xəzər Tv"də yayımlanan "5-də 5" verilişində qonaq olub və canlı yayımda ilk dəfə xəbəri təsdiqləyib. 

O, bu xəbərin sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmasını anlamadığını və insanların onlar haqda fikirlərinə əhəmiyyət vermədiyini bildirib:

"Mən həmişə düşünülmüş addım atıram. Bilmədiyim şeyi heç vaxt eləmərəm. Həyatımda hər şey gözəldir. Heç nə dəyişilməyib. Natavan elə həmin Natavandır. Əslində, çoxdan birlikdəyik. Sadəcə bu cür söz-söhbətlər olmasın deyə, hər şeyi gizli saxlamışdıq. Vaxt gəlib çatdı, açıqladıq".

Verilişin aparıcısı Zaur Kamal Natavandan efirdə nişanlısına zəng etməyi xahiş edib. 

Əvvəlcə canlı yayımda olduğunu anlamayan reperə Natavan cəld xəbərdarlıq edib və telefonu aparıcıya verib. Zaurun "Necə oldu Natavana sevgini bildirdin" sualına reper belə cavab verib:

"Əslində, o xanıma simpatiyam çoxdan var idi. Amma utanırdım deyim. Sonra söhbətlərimiz əsnasında özü başa düşdü".

Səid Həbibi ilə gələn ay nikah masasına oturacağını söyləyib:

"İnşallah növbəti ay toyumuzdur. Bəzilərinin çoxdan gözlədiyi toy nəhayət baş tutacaq. Amma dəqiq vaxtını hələ demirəm."

Dado onları qınayanlara da mesaj göndərib:

"Bu vaxta qədər heç birimiz bir nəfərə də "Niyə belə etdin? Niyə onunla evləndin? Niyə ona yox, buna ərə getdin?" deməmişik. Xahiş edirik ,heç kimin bizdə işi olmasın. Bu bizim şəxsi həyatımızdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/556181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR