“Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub

“Boka Xuniors” klubu 32-ci dəfə Argentina çempionu olub
10:02 21 İyun 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib.
“Report”un məlumatına görə, “Boka Xuniors” klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib.
Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici “Banfild”in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan “Boka Xuniors” 54 xal toplayan “Banfild” üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixi ərzində 32-ci çempionluğudur. Ən çox qızıl medallara sahib çıxan kollektiv isə “River Pleyt”dir. Paytaxt klubu 36 dəfə rəqiblərini arxada qoyub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/boka-xuniors-klubu-32-ci-defe-argentina-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR