İranlı deputat: “Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutulub”

İranlı deputat: “Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutulub”
10:02 21 İyun 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ “İranın Qərbi Azərbaycan əyalətində terrorçu İŞİD qruplaşmasının 40 casusu tutulub”.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu həmin əyalətin mərkəzi Urmiyadan olan deputatı Nadir Qazipur bildirib.
Onun sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Deputat deyib ki, qruplaşmanın casusları Qərbi Azərbaycanın Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərələrində Qədr gecəsində terror aktı törətməyi planlaşdırırmışlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranli-deputat-qerbi-azerbaycan-eyaletinde-i-si-d-in-40-casusu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR