Qusarda qadın azyaşlı qızını zəhərləyərək öldürdü

Qusarda qadın azyaşlı qızını zəhərləyərək öldürdü
10:12 21 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarda azyaşlı qətlə yetirilib.

Milli.Az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
 
Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.
 
G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR