Qurbanov məğlubiyyətdən razı qalıb

Qurbanov məğlubiyyətdən razı qalıb
10:37 21 İyun 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Avstriyada ilk oyunumuz idi. Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı". Fanat.Az xəbər verir ki, bu sözləri klubun saytına açıqlamasında  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


 

Dünən Ağdam komandası Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk sınaq oyununu keçirib. Rusiyanın elita təmsilçisi "Axmat"la qarşılaşan Azərbaycan çempionu 0:1 hesablı yenilgiyə üzülüb.

 

Qurbanov uduzduqları oyunda futbolçularından razı qaldığını bildirib: "Düzdü, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda, futbolçularımın istəkli olması məni razı saldı”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurbanov-mlubiyytdn-raz-qalb-t58816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR