Radikal islamçılar Filippində məktəblərdən birinə hücum ediblər.
Milli.Az APA-ya istinadən xəbər verir ki, terrorçular bir neçə şagirdi girov götürüb. Polisin məlumatına əsasən hücumda 300-ə yaxın silahlı şəxs iştirak edib.
Hadisə ötən həftə hökumət qüvvələri ilə radikallar arasında toqquşmaların baş verdiyi Mindanao adasında baş verib. 2016-cı ildə əsas ekstremist qruplaşmalar birləşərək bu adada İŞİD-in vilayətinin yaradılması barədə bəyanat veriblər. Mayın 23-də ölkənin Maravi şəhəri silahlılar tərəfindən tutulub. Terrorçular şəhərdə mövqelərini möhkəmlədərək zirzəmilər, tunellər və məscidlərə silah-sursat, ərzaq yığıblar. Hökumət qüvvələri bir aya yaxındır onları şəhərdən çıxarmağa çalışır. Filippin prezidenti Rodriqo Duterte Maravi şəhərini əla keçirən radikalların Mindanao narkobaronlarından dəstək aldığını söyləyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində