Sevgilisini evinə aparan oğlan qapını açanda gözlərinə inanmadı

Sevgilisini evinə aparan oğlan qapını açanda gözlərinə inanmadı
10:52 21 İyun 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kütahya rayonunda sevgilisinə sürpriz etmək üçün yerə gül səpən və şam yandıran gəncin başına iş gəlib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, sözügedən hadisə Yıldırım Beyazit məhəlləsindəki Misirli küçəsində meydana gəlib. Bina evində tək yaşayan Bəkir Acar sevgilisinə sürpriz etmək üçün evi güllərlə bəzəyib. Acar şamları yandırdıqdan sonra çölə çıxıb.

Yerdəki və divandakı şamlar alovlanınca otağı bir anda tüstü bürüyüb. Evdən çıxan tüstünü görən digər bina sakinlərinin xəbər verməsi ilə hadisə yerinə gələn yanğınsöndürənlər mənzilin yanmasının qarşısını alıb.

Sevgilisi ilə evə qayıdanda evdəki əşyaların yandığını görən gənc isə əsəblərini cilovlaya bilməyib. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR