İqor Dodon: "Moldova Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

İqor Dodon: "Moldova Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
10:57 21 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Moldova Azərbaycanla ticarət və mədəni əlaqələrin aktivləşdirilməsində maraqlıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə iyunun 21-23-də Bakıya edəcəyi rəsmi səfər ərəfəsində Moldova prezidenti İqor Dodon bildirib.
"Ölkələrimiz siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, mədəni-humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərində yaxşı səviyyəyə çatıb. Əminəm ki, birlikdə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə ölkələrimizi maraqlandıran bütün istiqamətlər üzrə konstruktiv və səmərəli əməkdaşlığın təşviqiylə bağlı əhəmiyyətli nəticələr əldə edə bilərik", - Moldova prezidenti vurğulayıb.
İ.Dodon ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcminin 39% artdığını, lakin ümumi məbləğin az olduğunu və indi təxminən 5 milyon dollar təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, Kişinyov energetika sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığın aktivləşməsində, Moldovanın dövlət əmlakının özəlləşdirilməsiylə bağlı tenderlərdə Azərbaycan şirkətlərinin iştirak etməsində maraqlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-qor-dodon-moldova-azerbaycanla-emekdasligin-genislendirilmesinde-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR