Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu”ya ABŞ-dan TƏRS ŞİLLƏ - BÖYÜK ŞOK

Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu”ya ABŞ-dan TƏRS ŞİLLƏ - BÖYÜK ŞOK
10:58 21 İyun 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov düşüb.

Publika.az “Layf.ru” saytına istinadən xəbər verir ki, sanksiyalar altına düşən təşkilatlardan biri də şəxsi hərbi şirkət olan “Vaqner qrupu”dur.

Sanksiyalar siyahısına həmçinin “Vaqner”in komandiri Dmitri Utkin də daxil edilib.

“Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də Donbasda, 2015-ci lldə isə Suriyada döyüş əməliyyatlarında iştirak edib. Ancaq bu informasiyalar heç bir halda rəsmi təsdiqini tapmayıb.

Bundan başqa, KİV yazır ki, “Vaqner qrupu”nun Krasnodar vilayətində təlim-məşq bazası mövcuddur. Lakin bu informasiya da rəsmi strukturlar tərəfindən təsdiq olunmayıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dmitri Utkinin 2016-cı ilin dekabrında Vətən Qəhrəmanları Günü münasibəti ilə Kremldə keçirilən təmtəraqlı qəbulda iştirak etdiyini təsdiqləyib. Lakin o, “Vaqner qrupu”nun Suriyada döyüşçülərinin olub-olmadığı barədə suala cavab verməkdə çətinlik çəkib.

Amma Böyük Britaniyanın “Sky News” telekanalının Rusiya hərbi bazalarında təlim keçən və Bəşər Əsədin rəqiblərinə qarşı vuruşmaq üçün hazırlıq keçən insanlarla söhbəti bəzi məqamlara aydınlıq gətirib. Rusiya məmurları dəfələrlə bildirib ki, "təlimatçılar və hərbi məsləhətçilər”in məhdud sayından başqa, Suriya əməliyyatlarına quru qoşunlarının cəlb edilməsinə ehtiyac görmür. Rusiyada keçirilən sorğular da göstərir ki, əhali Suriya müharibəsinə onların ölkəsinin daha genişmiqyaslı cəlb olunmasına qarşıdır.

Ancaq “Sky News” kanalı ilə danışan insanlar bildiriblər ki, onları məxfi hərəkət edən “Vaqner qrupu” adlı şəxs hərbi şirkət cəlb edib və Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə Suriyaya göndərilib. Onların sözlərinə görə, aya üç min funt-sterlinq alıblar və qarşılığında üsyançı qruplaşmalarla ən sərt döyüşlərdə iştirak ediblər.

Bu qrupdan “Sky News”a danışan iki nəfər - Aleksandr və Dmitri (şərti adlardır) döyüşlərdən sağ çıxa biliblər.

Hərbi ekspert Pavel Felqenqauerin fikrincə, hərbi muzdurlarla əməliyyatlar Rusiyanın “hibrid müharibə” metodlarına tamamilə uyğun gəlir: “Görünür, “Vaqner qrupu” həqiqətən mövcuddur. Bu cür döyüşçülər Rusiyanın istəyindən asılı olaraq müxtəlif döyüş əməliyyatları zonalarında meydana çıxırlar. Əvvəlcə Krımda, sonra Donbasda, indi isə Suriyada. Amma onlar indiyə qədər qeyri-leqal hesab edilirlər”.

Xatırladaq ki, hələ bu ilin əvvəlində Rusiyanın “Fontanka” nəşri sözügedən mövzu ilə bağlı araşdırma aparıb. Araşdırmada deyilirdi ki, Rusiya Ukrayna və Suriyaya mövcud olmayan hərbi şirkətin döyüşçülərini yollayır.

Nəşrin yazdığına görə, Rusiyanın mövcud olmayan şəxsi şirkətlərinin döyüşçüləri Ukrayna və Suriyada itkilər verirlər. Məzar daşlarında döyüşçülərin yaşadığı illər və ölüm tarixləri var. Amma son döyüş yeri haqqında məlumatlara gəlincə, çox “xəsis” davranırlar.

“Vaqner qrupu” rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkündür. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur.

Bundan başqa, Rusiyada şəxsi hərbi şirkətlər haqqında qanun mövcud deyil.

“Şəxsi hərbi şirkətlər Rusiya Konstitusiyasına uyğun olaraq qadağan edilib. Qanuna uyğun olaraq arsenalında zirehli hərbi maşınlar, daşınabilən zenit kompleksləri və minaatanlar olan mülki təşkilatlar ola bilməz. “Amma o var”, - “Fontanka” yazıb.

2013-cü ildə Suriyada dağıdılan “Slavyan korpusu” əsasında formalaşdırılmış “Vaqner qrupu” 2014-cü ilin yazından Krımda, daha sonra isə Luqansk vilayətində hərəkət edib.

Vaqner kimi tanınan şəxs ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkindir. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin Əsas kəşfiyyat məntəqəsində çalışıb. Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət “Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri “Slavyan korpusu”nu təşkil edərək onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra müvəffəqiyyətsiz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə “Vaqner qrupu” adını alıb.

“Fontanka”nın yazdığına görə, “Vaqner qrupu”in döyüşçüləri Ukrayna və Suriya ərazisində döyüş hərəkətləri üçün dövlət mükafatları alırlar.

2015-ci ilin sentyabrında Suriyaya girən bölükdəki 93 nəfərdən yalnız üçdə biri geri qayıda bilib. Əsas itkilər 2016-cı ilin yanvar-fevral aylarında Palmira şəhəri uğrunda gedən döyüşlərdə olub.

2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, Rusiya Müdafiə Nazirliyi Baş qərargahına məxsus Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olan muzdlu ordu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.

"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var", - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.

Sayt qeyd edir ki, bu qrup öz effektivliyini sübut etdiyi üçün onun ləğvi haqda düşünülmür.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22

Bakıda "KaMAZ" minik avtomobillərinə çırpılıb: xəsarət alanlar var

19 Avqust 2017 01:07

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI

19 Avqust 2017 01:03

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı -

19 Avqust 2017 00:54

Mingəçevirdə kişi meyiti tapılıb

19 Avqust 2017 00:37

2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI

19 Avqust 2017 00:33

Suriya müharibəsi başa çatır -

19 Avqust 2017 00:30

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18

Barselonada terror aktında şübhəli bilinən 3-cü şəxs Kambrilsdə zərərsizləşdirilib

18 Avqust 2017 23:17

"Tottenhem" ən bahalı transferini etdi

18 Avqust 2017 23:14

Livan ordusu "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının anbarında ABŞ raketləri tapıb

18 Avqust 2017 23:12

Açıq-saçıq geyimləri ilə seçilən əfqan müğənni konsert anonsu verdi - ÖLÜMLƏ HƏDƏLƏNDİ

18 Avqust 2017 23:03

"WhatsApp"da super funksiya gəlir-

18 Avqust 2017 23:00

Türkiyədə zəlzələ

18 Avqust 2017 22:49

ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri İSTEFA VERDİ

18 Avqust 2017 22:48

Bodrumda ardıcıl 2 zəlzələ olub

18 Avqust 2017 22:40

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"yə ilk xalı qazandırıb

18 Avqust 2017 22:37

Ərdoğan türkləri Merkelin əleyhinə səs verməyə çağırdı

18 Avqust 2017 22:33

Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - VİDEO

18 Avqust 2017 22:18

Eyni mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan tikinti şirkətinin rəhbərləri -

18 Avqust 2017 22:15

Millimiz San Marino ilə Olimpiya stadionunda oynamayacaq - MƏKAN DƏYİŞDİ

18 Avqust 2017 22:03

Trampın müşaviri istefa verdi

18 Avqust 2017 21:59

Müğənninin videosu başına bəla oldu -

18 Avqust 2017 21:50

Tələbələr kirayə ev tapa bilirmi? - MÜNASİB OLMAYAN QİYMƏTLƏR - VİDEO

18 Avqust 2017 21:48

Bakıda restoranda yanğın oldu

18 Avqust 2017 21:44

İspaniyadakı teraktlarda ölənlərin sayı artdı

18 Avqust 2017 21:39

Kirayə evlərin qiyməti BAHALAŞACAQ

18 Avqust 2017 21:36

Sərnişin avtobus sürücüsünə tapança çıxardı – BAKIDA ŞOK - VİDEO

18 Avqust 2017 21:33