Telefondan narkotik vasitə çıxdı

Telefondan narkotik vasitə çıxdı
11:05 21 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, gömrük baxışı zamanı vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR