Xəstənin yaxını təcili yardımın həkimini döydü

Xəstənin yaxını təcili yardımın həkimini döydü
11:13 21 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda həkim döyülüb.

5 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 48 yaşlı Fəridə Məmmədova polisə müraciət edərək bildirib ki, yardıma getdiyi xəstənin yaxını tərəfindən döyülüb. Həkim qeyd edib ki, növbətçi olduğu vaxt Səttar Bəhlulzadə küçəsi 24 ünvanından çağırış daxil olub. O, briqadanın tərkibində ünvana gedib və xəstəyə yardım göstərməyə çalışıb. Bu zaman xəstənin yaxını, 1984-cü il təvəllüdlü Rzayev Zamin İslam oğlu həkimlə mübahisə etməyə başlayıb və tibbi işçisini döyüb.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır. (lent.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR