"Düşmənə apreldəkindən də ağır zərbələr vurulacaq" - General Aydəmirov

"Düşmənə apreldəkindən də ağır zərbələr vurulacaq" - General Aydəmirov
11:17 21 İyun 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Düşmənin cəbhədə törətdiyi təxribatlar gözlənilən idi"

Milli.Az xəbər verir ki, bunu azvision.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib. 

General-leytenant hesab edir ki, düşmənin son təxribatları iki mühüm hadisə ilə əlaqədardır: "Birinci, bayramlarımız yaxınlaşanda ermənilər hər zaman olduğu kimi cəbhədə təxribatlar törətməyə çalışırlar. Düşmən tərəfi əlamətdar günlər ərəfəsində belə yola əl atır. Bununla da daxili auditoriyaya mesaj göndərmək istəyilər ki, guya təxribatlarla Azərbaycanı sarsıdırlar. Gülünc iddiadır. Bu kimi təxribatlar bizi sarsıda bilməz. Əksinə düşmən ağır itkilərə məruz qalır. 

İkinci səbəb isə irimiqyaslı təlimlərin keçirilməsi ilə bağlıdır. Ordumuz irimiqyaslı təlimlərə cəlb olunub. Düşmən isə budan narahatdır".

Y.Aydəmirov vurğulayıb ki, düşmən vəziyyəti gərgin saxlamağa çalışsa, nəticəsi onlar üçün ağır olacaq: "Düşmən gərginliyi davam etdirmək istəsə, Azərbaycan güclü zərbələr endirəcəcək. Hesab edirəm ki, bu zərbə aprel döyüşlərindəkindən də qat-qat güclü olacaq". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/556249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR