Poroşenko Moskvaya qarşı zəmanətlə qayıdır: Ağ Evdə TRİUMF

Poroşenko Moskvaya qarşı zəmanətlə qayıdır: Ağ Evdə TRİUMF
11:33 21 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Donald Trampın Rusiya ilə əlaqəsinə inanmır. Ukrayna liderinin fikrincə, Tramp Kiyevlə “möhkəm dostdur”.

Publika.az xəbər verir ki, prezidentlərin Ağ Evdə görüşü dünən olub.

Poroşenko ABŞ-a səfəri zamanı həmçinin vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının rəhbərləri ilə görüşüb.

Poroşenkonun təəssüratları

Ukrayna prezidenti Trampla danışıqlardan sonra öz sevincini gizlətmirdi.

“Mənim şəxsi təəssüratlarım bundan ibarətdir ki, o, çox gözəl liderdir, böyük siyasi iradəsi var və Ukraynanın möhkəm dostudur. Bu, mənə ölkədə sülhə nail olmağa kömək edir”, - Poroşenko “Foks Nyus”a müsahibəsində Poroşenko bildirib.

Onun sözlərinə görə, Trampla danışıqlarda Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək üçün aydın siqnal verən güclü lideri gördü. Poroşenko həmçinin, Trampın Rusiya ilə əlaqələrinə şübhələndiyini deyib.

“O, Rusiya ilə xüsusi münasibətləri olan prezidentə oxşamır”, - Ukrayna lideri vurğulayıb.

Rusiyaya qarşı sanksiyalar və Ukrayna üçün kömür

Poroşenkonun sözlərinə görə, Trampla görüşdə zəmanət alıb ki, Rusiyaya qarşı sanksiyalar saxlanılacaq.

“Biz prezident Donald Tramp və vitse-prezident Mayk Pensin mənim ölkəmə nümayiş etdirdiyi tam dəstəyə görə çox şadıq”, - o qeyd edib.

Bundan başqa, danışıqlarda Ukrayna ABŞ-dan qaz və kömürün çatdırılması haqqında müzakirələr aparılıb.

“Biz Ukrayna və ABŞ arasında effektiv iqtisadi əməkdaşlıq haqqında müzakirələr apardıq. Söhbət Pensilvaniyadan kömür və Luizianadan mayeləşdirilmiş təbii qazın Ukraynaya gətirilməsindən gedir”, - Poroşenko bildirib.

Qeyd edək ki, Kiyev fevralda ölkənin energetikasında fövqəladə qaydalar tətbiq edib. Daha əvvəl isə Ukrayna radikalları Donbasdan kömürün çatdırılmasını blokladılar. Kiyevdən verilən açıqlamaya görə, Donbas kömürünün Cənubi Afrika Respublikasından idxal edilən kömürlə əvəz edilməsi planlaşdırılır.

Ukraynaya silah çatdırılması

Poroşenko qeyd edib ki, iki prezident həmçinin Ukraynaya müdafiə silahlarının çatdırılması üzrə effektiv danışıqları aparıblar.

“Qeyd etdik ki, biz heç kəsə hücüm etmək niyyətində deyilik. Amma Ukraynaya müdafiə olunmaq üçün effektiv radio-elektron sistemləri, pilotsuz təyyarələr və başqa mexanizmlər lazımdır”, - Ukrayna lideri deyib.

Poroşenko “ölümcül silah” adlandırılan hücum silahlarının Ukraynaya çatdırılması haqqında danışmayıb. Bu silahların Ukraynaya çatdırılması üzrə son 3 ildə aparılan danışıqlar uğurlu alınmayıb. ABŞ Kyevə yalnız geyim və avadanlıq şəklində yardım göstərir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR