Daşkəsən məktəbində qəribə olay: Direktor arıları məktəbə yığdı - VİDEO

Daşkəsən məktəbində qəribə olay: Direktor arıları məktəbə yığdı - VİDEO
12:05 21 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsənin Bayan kəndində yerləşən ümumi orta məktəbin həyəti az qalsın arıçılıq təsərrüfatına çevriləcək.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, artıq bir müddətdir ki, məktəbin həyətinə arı təknələri yığılıb. Vəziyyətdən sakinlər şikayət etsə də məktəbin direktoru vəzifəsini icra edən Emin İdilxanov məsələnin süni şişirdildiyini iddia edir. 

Onun sözlərinə görə bu addımın atılmasında məqsəd sırf yolda qalan birinə kömək etmək olub. Məktəbdə yay tətili başladığını deyən direktoru məsələni ciddi problem hesab etməyi lüzumsuz görür. 

Ərazi dağlıq, yaşıllıqdır. Arı yeşiklərini yığmağa da kifayət qədər münbit yer olsa da direktor məktəbi daha əlverişli hesab edib. 
 
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlsaqə saxladıq. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu məsələnin araşdırılacağını dedi. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Orta məktəbdə qəribə olay: Direktor arıları məktəbin həyətinə yığdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR