Xoşqədəm efirdə əsəbləşdi: "Mənə hələ bu sözü deyən olmamışdı" - VİDEO

Xoşqədəm efirdə əsəbləşdi: "Mənə hələ bu sözü deyən olmamışdı" - VİDEO
12:05 21 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə danış" verilişində maraqlı anlar yaşanıb. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, verilişə gələn bir xanım Xoşqədəmdən ona "pul atan" şəxsi tapmağı xahiş edib. Bu sözlər aparıcını əsəbləşdirib.
 
Aparıcı ilk dəfədir ki, bu cür müraciətlə rastlaşdığını söyləyib: "Ay xanım, bunun üçün polis var. Azərbaycanda həmin adam 20-dən çox insana "pul atıbsa" hüquq mühafizə orqanlarına müraciət edirsiniz. Türk vətəndaşıdırsa, pul əldən getdi. Siz Instagram-da tanış olduğunuz bir insana inanıb pul verirsiniz, amma qapınıza gələn Fatmanisə gəlib 100 manat borc ver desə, deyəcəksiniz ki, pulum yoxdur. Bizim problemimiz odur ki, inandığımız insan qarşımızda dayanıb. Amma biz fırıldaqçıya etibar edirik. Siz mənə deyirsiz ki, Türkiyədə oğluma "pul atan" adamı tapın".
 
Xoşqədəmin sozlərinə görə, ona hər şeylə bağlı müraciət ediblər, amma "pul atanı" tap deyən olmamışdı: "Hüquq mühafizə orqanlarına müraciət edin. Mən sizə doğru yolu göstərdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xoşqədəm efirdə əsəbiləşdi:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR