Bu il 164 qida zəhərlənməsi baş verib

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin may ayı ərzində 22 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 34 nəfər zərər çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR