Ana 5 yaşlı qızının südünə zəhər qatıb öldürdü

Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 5 yaşlı uşağın anası tərəfindən öldürülməsi hadisəsi barədə məlumat yayıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR