Moskvada azərbaycanlı iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

Moskvada azərbaycanlı iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
12:32 21 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı olan iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
"Report" Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinə istinadən xəbər verir ki, onlardan ikisi Moskvada, biri isə Dağıstanda saxlanılıb. Daha iki şübhəli şəxs beynəlxalq axtarışa verilib. Onlar hamısı daha əvvəl məhkumluq həyatı yaşayıb.
Məlumata görə, şübhəli şəxslər bu ilin aprel ayında odlu silahla hədə-qorxu gəlməklə iş adamını zorla avtomobilə mindirərək onu Moskva vilayətində yerləşən qəbiristanlığa aparıb və ondan külli miqdarda vəsait ödənilməsini tələb edib. Zərərçəkən bu tələblə razılaşıb və bir qədər sonra şübhəli şəxslər ondan nağd formada 1 milyon rubldan çox vəsait və 1,3 milyon rubl dəyərində olan avtomobil alıb.
Bundan başqa, istintaq cinayətin sifarişçisinin Azərbaycanda məhkum həyatı yaşayan Qulu ləqəbli qanuni oğru olduğunu müəyyən edib.
Hazırda saxlanılanların başqa cinayətlərdə mümkün iştiraklarının aşkar ediməsi üzrə zəruri tədbirlər həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/moskvada-azerbaycanli-is-adamindan-hede-qorxu-yolu-ile-pul-teleb-etmekde-subheli-bilinen-uc-nefer-s

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR