Fransanın daha iki naziri istefa verib

Fransanın daha iki naziri istefa verib
12:37 21 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Fransanın ədliyyə naziri Fransua Bayru istefa verib.
“Report” “DW”yə istinadən xəbər verir ki, o, bu yaxınlarda keçirilən parlament seçkilərindən sonra formalaşdırılacaq yeni Nazirlər Kabinetinə daxil olmayacağını bildirib.
İnformasiyaya əsasən, F.Bayru mərkəzçi “Demokratik Hərəkat” Partiyasının təmsilçisidir və ölkə prezidenti Emmanuel Makronun “İrəli, Respublika” hərəkatı ilə birlikdə parlament seçkisində səslərin çoxunu qazanıb.
Parlament seçkilərinin birinci turunun keçirilməsinə az qalmış Paris Prokurorluğu “Demokratik Hərəkat” Pariyasının rəhbərliyinə qarşı cinayət işi açdığını bildirib. Nazir maliyyə vəsaitinin xərclənməsində sui-istifayə yol verməkdə şübhəli bilinir. Məlumata görə, partiya funksionerlərinin Avropa Parlamentində deputat köməkçisi kimi sənədləşdirərək, onlara aylıq əmək haqqı Fransa parlamentinin büdcəsindən verilib.
Bu qalmaqalla bağlı partiyanın daha bir lideri, Avropa İttifaqı işləri üzrə nazir Mariel de Sarnez də istefa verib.
Hər iki nazir ittihamları rədd etsələr də istefa verdiklərini bildiriblər.
Qeyd edək ki, ötən gün Fransanın müdafiə naziri Silvi Qular saxta iş yerlərinin yaradılması şübhəsiylə barəsində başlanılmış cinayət işi ilə əlaqədar istefa vermişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransanin-daha-iki-naziri-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR