Rusiyada dollar 60 rubl həddini ötdü

Rusiyada dollar 60 rubl həddini ötdü
12:37 21 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın nağd valyuta bazarında son günlər sürətlə bahalaşan ABŞ dollarının məzənnəsi bu gün kritik hədd - 60 rublu ötüb. 

Milli.Az report-a istinadən xəbər verir ki, Rusiyada dolların məzənnəsinin artmasına səbəb son günlər qlobal bazarda neft qiymətlərinin azalması, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi və xarici portfel investisiyalarının tədricən Rusiya maliyyə bazarlarından çıxması amilləri göstərilir. 
"Report"un analitik qrupu bildirir ki, Rusiyada dolların 62-63 rubla qədər bahalaşması, ilin sonuna qədər isə 57-63 rubl diapazonunda hərəkət etməsi gözlənilir. Qeyd edək ki, bu il Rusiyada dolların məzənnəsinin minimal həddi 55,72 rubl təşkil edib. Maksimal həddə isə ilin ilk iş günü - 61,2864 rubl səviyyəsində qeydə alınıb. Hazırda dollar nağd valyuta bazarında 60,1511 rubla satılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR