"Nikoil Bank" Bakıda iftar süfrəsi təşkil edib

"Nikoil Bank" Bakıda iftar süfrəsi təşkil edib
12:52 21 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə "Nikoil Bank" ASC növbəti sosial aksiyasını keçirib. "Report" xəbər verir ki, Bank Bakı məscidlərinin birində bayram iftarı təşkil edib.
Ənənəvi duanın oxunması və namaz ilə başlanan tədbirdə 150 nəfərə yaxın dindar iştirak edib.
"Ramazan – müsəlman təqviminin doqquzuncu ayıdır. Bu ayda oruc tutmaq İslamın beş əsas şərtindən biridir. Oruc insanın sağlamlığına müsbət təsir edir, xoş əməllər isə xüsusən vacib sayılır", - deyə Bankın yaydığı məlumatda qeyd olunub.
"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/nikoil-bank-bakida-iftar-sufresi-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR