NATO qırıcısından təhlükəli hərəkət - Rusiya müdafiə naziri HƏDƏFDƏ

NATO qırıcısından təhlükəli hərəkət - Rusiya müdafiə naziri HƏDƏFDƏ
13:38 21 İyun 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun F-16 qırıcısı Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

Məlumata görə, NATO təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.

NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı silahları NATO qırıcısına “göstərib”. Bundan sonra F-16 geri çəkilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR