Bakıda analoqsuz dayanacaq hamını təəccübləndirib.
Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, yol kənarına quraşdırılan dayanacağın oturacağı yer ilə bərabərdir. Sakinlərin dediklərinə görə, oturacaqların bu vəziyyətə düşməsinə səbəb yolun təmir olunmasıdır. Yəni yol əvvəllər bu qədər hündür olmayıb. Təmir olunduqdan sonra oturacaqlar torpağın altında qalıb.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, dayanacaqlara ümumi cavabdehlik hələ ki agentliyə verilməyib. Agentlik hələlik yollara dayanacaq nişanlarının quraşdırılması ilə məşğuldur. Dayanacaqların ümumi vəziyyətindən Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində