Azərbaycanda zibilliyə atılan milyonlarla manat...

Azərbaycanda qeyri neft sektorunun inkişaf etdirilməsi sahəsində görülən işlər davam etdirilir.

Metbuat.az xəbər verir ki, inkişaf etdirilməsi lazımlı olan sahələrdən biri də mal-qara dərilərinin emal edilməsidir. Bu sahə ölkəmizdə demək olar ki, inkişaf etməyib. Heyvanların dəriləri ucuz qiymətə xaricə satılır. Hətta rayon və bəzi kənd yerlərində heyvan dəriləri tullanılır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bu barədə bildirib ki, ölkəmizdəki mal-qara dəriləri özəl şirkətlər tərəfindən pulla alınır. Alış qiymətlərinə nazirlik tərəfindən müdaxilə edilmir. Qiymət qoymaq sərbəstdir, liberaldır. İstənilən şirkət istədiyi qiyməti qoya bilər.

Qurum rəsmisi əlavə edib ki, xarici şirkətlərlə yanaşı öz şirkətlərimiz də bu sahə ilə bağlı müəyyən işlər görürlər. / Mövzunu davam etdirəcəyik...

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR