Məktəblilərimiz Avropa çempionatında 6 medal qazanıb

Məktəblilərimiz Avropa çempionatında 6 medal qazanıb
14:08 21 İyun 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

10-20 iyun tarixlərində Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionaı başa çatıb.

“Təhsil” Respublika İdman Mərkəzindən Trend-ə verilən məlumata görə, çempionatda ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçı iştirak edib.

“Təhsil” Respublika İdman Mərkəzinin komandası çempionatda tam heyətlə çıxış edərək, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb.

Komandanın üzvləri Bəşirli Səadət (Gəncə şəhər UGŞM) 7 yaşadək qızlar arasında, Tahirova Sevil (Quba rayon İOEUGŞM) 15 yaşadək qızlar arasında, Mehrəliyev Sahil (Sumqayıt şəhər UGŞM) 15 yaşadək oğlanlar arasında gümüş medal, İsmayılova Xanım (RİOEUGŞM) 7 yaşadək qızlar arasında, Məmmədov Ziya (RİOEUGŞM) 7 yaşadək oğlanlar arasında, Əhədzadə Kənan (Lənkəran şəhər UGŞM) 17 yaşadək oğlanlar arasında bürünc medal qazanıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2769146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR