Yaponiyalı bloqerin adı Azərbaycanın "qara siyahı"sından çıxarıldı

Yaponiyalı bloqerin adı Azərbaycanın "qara siyahı"sından çıxarıldı
14:15 21 İyun 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yaponiya vətəndaşı, müstəqil bloqer Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubunda N.Daizen Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, N.Daizen Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2769149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR