Bakı. Trend:
FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.
Trend AFFA-ya istinadən məlumat verir ki, Ömər Paşayev “Kayrat” – “Atlants”, Rəhim Həsənov isə “Ventspils” – “Valur” oyununu idarə edəcək.
29 iyun
“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov