Türkiyə hökumətinin idarə rəisi: "Suriyalı qaçqınlar üçün bütün şəraiti yaratmışıq"

Türkiyə hökumətinin idarə rəisi: "Suriyalı qaçqınlar üçün bütün şəraiti yaratmışıq"
14:47 21 İyun 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə, Ankara. 21 iyun. REPORT.AZ/ "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə suriyalı qaçqınlar üçün "açıq qapı" elan etdik. Oradan insanlar vətənlərini tərk edərək Türkiyəyə sığınıblar. Biz onlar üçün bütün şəraiti yaratmışıq".
"Report"un müxbiri xəbər verir ki, bunu Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) rəisi Mehmet Halis Bilden xarici media nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Türkiyə qaçqınlar üçün əlindən gələni edir və etməkdə davam edəcək.
Mehmet Halis Bilden Türkiyəyə gələn qaçqınlarla bağlı statistik məlumatları da açıqlayıb: "Son 30 ildə Türkiyəyə İraqdan 580, Bolqarıstandan 400, Suriyadan 3.5 milyon insan sığınıb. Onların təhsil və digər problemləri həll edilir. Qaçqınlar üzərində 953 min tibbi əməliyyat həyata keçirilib. Qaçqınlar xəstəxanalarda pulsuz tibbi yardım alırlar. İndiyədək büdcədən 25 milyard dollar vəsait sərf edilib. Bütün dünyanın bu problemə sərf etdiyi vəsait isə Türkiyənin sərf etdiyi vəsaitin 20 faizini təşkil edir".
O, dünyada terror təşkilatlarının İslam dini adından istifadə etdiyini deyib: "Onların dinlə heç bir əlaqəsi yoxdur. Terorrla mübarizə davam etməlidir".

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-hokumetinin-idare-reisi-suriyali-qacqinlar-ucun-butun-seraiti-yaratmisiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR