"Mançester Yunayed" yay fasiləsində Mateo Darmianı sata bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" italiyalı müdafiəçiyə təxminən 18 milyon funt qiymət qoyub. Darmianın A Seriyasına qayıtmaq ehtimalı daha yüksəkdir. "İnter", "Roma" və "Yuventus" onu heyətində görmək istəyir. "Qoca senyora" Dani Alveşin mövqeyində yarana biləcək boşluğu 27 yaşlı futbolçu ilə doldurmaq fikrindədir. Turin klubunun digər namizədləri Joao Konselo, Dalinlo və Mattia De Şilyodur.
Darmian 2015-ci ildə "Torino"dan "Mançester Yunayed"ə keçmişdir. Həmin vaxt "manikunianlar" transferə görə 12.7 milyon funt ödəmişdilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində