Türkiyə Nazirlər Kabinetinin nümayəndəsi: "Terrorçuları dəstəkləyən jurnalistləri jurnalist hesab etmirik"

Türkiyə Nazirlər Kabinetinin nümayəndəsi: "Terrorçuları dəstəkləyən jurnalistləri jurnalist hesab etmirik"
14:57 21 İyun 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə, Ankara. 21 iyun. REPORT.AZ/ "Türkiyə 30 ildən artıqdır ki, PKK terrorçularına qarşı mübarizə aparır. Daha sonra İŞİD problemi ortaya çıxdı. Ötən ilin iyulun 15-də də dövlət çevrilişinə cəhd oldu. Bütün bu çətin zamanda Türkiyədə 3 milyon 500 min qaçqın var".

"Report"un xəbərinə görə, bunu Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım İnformasiya Baş İdarəsinin baş katibi Mehmet Akarça xarici media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, Türkiyə bu işə 25 milyard dollar sərf edib: "Avropanın isə sərf etdiyi vəsait heç 4 milyard deyil. Türkiyə bu qədər ağır yükü üzərinə götürüb. Digər dövlətlər də bu məsələdə dəstək verməlidirlər. Dünyanın sülh içində yaşamasını istəyirik. Türkiyənin dünyada müttəfiqləri çoxdur".

Mehmet Akarça Türkiyənin qaçqın problemi ilə bağlı siyasətinə bəzi qüvvələrin etinasız yanaşmasına etirazını bildirib: "Bəzi dünya siyasətçiləri hansısa qaçqınla şəkil çəkdirəndə bütün dünya mediası ondan yazır, amma Türkiyənin 3.5 milyon qaçqına sığınacaq verməsinə əhəmiyyət verilmir. Bir ölkədə müharibə olursa, insanlar qorxu içində yaşayır. Baxın, Ermənistanın Azərbaycana təvavüzü nəticəsində 1 milyon insan yurdundan didərgin düşüb. Suriyada da müharibəyə görə insanlar ölkəni tərk edir. Biz onlara sığınacaq verdik, onlar necə istəyirlərsə, elə də olacaq. Yəni, istəsələr burda qalmağa davam edə bilərlər. İstəməzsələr də, gedərlər. Bu, onların seçimidir".

M.Akarca 2016-cı ilin iyulun 15-də Türkiyədəki dövlət çevirilişinə cəhddən də danışıb: "Biz bu məsələdə dünyanı məlumatlandırdıq. Təsəvvür edin, bu olayın baş verməsinə şübhə ilə yanaşanlar var. Bu, anlaşılan deyil. Bəziləri də görməzdən gəlirlər. Terrorçuları dəstəkləyən jurnalistləri jurnalist hesab etmirik. Türkiyədə də həbs olunanlar terrorçuları dəstəkləyənlərdir. Onlar yazdığı yazılara görə deyil, terrorçulara dəstək verdiklərinə görə həbs ediliblər".

Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti 32 ölkədən 64 media nümayəndəsi bu ölkədə səfərdədir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-nazirler-kabinetinin-numayendesi-terrorculari-destekleyen-jurnalistleri-jurnalist-hesab-et

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR