​Bu gün Azərbaycanda sonuncu Qədr gecəsidir

Bu gecə Azərbaycanda sonuncu, yəni dördüncü Qədr (əhya) gecəsi qeyd olunacaq. Sonuncu Qədr gecəsi Ramazan ayının 26-dan 27-ci gününə keçən gecəyə təsadüf edir.

“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:

“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.

Qədr gecəsi bu duanı etmək vacibdir!

Qeyd edək ki, Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR