Nazirlər Kabinetinin idarə rəisi: "Türkiyə beynəlxalq QHT-lərin fəaliyyəti üçün bütün şəraiti yaradıb"

Nazirlər Kabinetinin idarə rəisi: "Türkiyə beynəlxalq QHT-lərin fəaliyyəti üçün bütün şəraiti yaradıb"
15:27 21 İyun 2017
20 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə, Ankara. 21 iyun. REPORT.AZ/ "Suriyanın terrorçuların əlində olan əraziləri ilə qapılarımız bağlıdır. Heç bir ticarət əlaqəmiz yoxdur. Amma Azad Suriya Ordusunun nəzarətində olan ərazilərdə normal münasibətimiz var".
"Report"un xəbərinə görə, bunu Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) rəisi Mehmet Halis Bilden xarici media nümayəndələri ilə görüşündə deyib.
O, ölkə ərazisində beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyətindən də danışıb: "Türkiyə bu cür təşkilatların fəaliyyəti üçün bütün şəraiti yaradıb. Onların da fəaliyyəti qanun çərçivəsində olmalıdır. Hazırda ölkədə 40 beynəlxalq təşkilat fəaliyyət göstərir".

Xəbərin orijinal ünvanı: https://report.az/region/nazirler-kabinetinin-idare-reisi-turkiye-beynelxalq-qht-lerin-fealiyyeti-ucun-butun-seraiti-yaradi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR