“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana da düşərgəyə qoşulub.
Ancaq ispaniyalı futbolçu hələ məşq etmir. 4 aydı yaşıl meydanlardan kənarda qalan Dani yaxın günlərdə fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, ötən mövsüm çərçivəsində fevralın 3-də AZAL-la baş tutan matçda zədələnən Dani Kintana əməliyyat olunmuşdu.
Fanat.Az