Kiprli diplomat erməni yalanını ifşa etdi

Kiprli diplomat erməni yalanını ifşa etdi
15:42 21 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Kipr və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatın işi çərçivəsində yüksək vəzifəli Kipr diplomatı erməni yalanını ifşa edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatda iddia etmişdi ki, Kiprin xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı guya Dağlıq Qarabağın "tarixi erməni torpaqları" olduğunu demişdi.

Lakin kiprli diplomatın sözlərinə görə, İ.Kusulides bu cür sözlər səsləndirməyib və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dəstəkləyəcək hər hansı bir ifadə işlətməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR