Cəbhədə tutulmuş erməni kəşfiyyatçısının GÖRÜNTÜLƏRİ - VİDEO

Cəbhədə tutulmuş erməni kəşfiyyatçısının GÖRÜNTÜLƏRİ - VİDEO
15:49 21 İyun 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi cəbhədə ələ keçirilmiş erməni kəşfiyyatçısının görüntülərini yayıb. Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, erməni hərbçisi Zaver Hovanis Karapetyan deyib ki, 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olub:

 

“Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram. Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram. Əlverişsiz hava şəraitindən yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR