Cəbhədə ələ keçirdiyimiz erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO - FOTO

Cəbhədə ələ keçirdiyimiz erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO - FOTO
15:57 21 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

"Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.

Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.
Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.
Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.
Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.
Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/556386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR