Eynşteynin Allah haqqında məktubları satıldı

Eynşteynin Allah haqqında məktubları satıldı
16:05 21 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Görkəmli alim Albert Eynşteynin fizika və Allah haqqında fikirlərinin əks olunduğu məktubları hərracda 210 min dollara satılıb.

Milli.Az faktxeber.com-a istinadən xəbər verir ki, satış məbləği hərrac təşkilatçılarının gözlədiklərindən qat-qat üstün olub.

Böyük alimin imzası olan, onun öz əli ilə düzəliş və əlavələr etdiyi makinada çap edilmiş altı orijinal məktub 1950-ci illərin əvvəllərində yazılıb. Həmin məktubları Eynşteyn həmkarları Devid Bom və Maks Borna ünvanlayıb.

Yerusəlimin Winners hərrac evi məktublardan 33-49 min dollar arasında gəlir götürməyi hesablamışdı. Lakin Eynşteynin yalnız Boma yazdığı məktub üçün adı çəkilməyən alıcı 84 min dollar ödəyib.

"Əgər Allah dünyanı yaradıbsa, onun əsas qayğıları siyahısında, dünyanın dərkini bizim üçün sadə etmək olmayıb", - deyə Eynşteyn öz həmkarına yazıb.

Sonrakı yazışmalarda Eynşteyn Amerika cəmiyyətində öz müasirlərinin əhval-ruhiyyəsini Almaniyada sonuncu imperator II Vilhemin dövrünün atmosferi ilə eyniləşdirərək, mədəsində problemlər və intellektual ortamın kasadlığından danışır, həmçinin İsrailə köçmənin müsbət və mənfi tərəfilərindən danışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR