"Boşanan mənim qardaşımdır, mən boşanmamışam ki".
Bu sözləri tanınmış aparıcı Firuzə Cəlilova qardaşının keçmiş həyat yoldaşı, eyni zamanda həmkarı olan Sima Çələbi ilə əlbəyaxa dava etməsi xəbəri haqda Metbuat.az-a danışarkən deyib:
"Bəli, qardaşımla Sima anlaşa bilmədikləri üçün boşanıblar. Amma heç kimlə dava etməmişəm. Boşanan qardaşımdır, mənə nə olub ki...?!".
Qeyd edək ki, aparıcı Sima Çələbi 3 ay əvvəl həmkarı Firuzə Cəlilovanın qardaşı Emillə ailə həyatı qurmuşdu.
http://metbuat.az/news/721723/azerbaycanli-aparici...
Dilarə Zamanova / Metbuat.az