"Lapşinin səhhəti nəzarətdə saxlanılır"

"Lapşinin səhhəti nəzarətdə saxlanılır"
16:42 21 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Həbsdə olan bloqer Aleksandr Lapşinin səhhəti daim nəzarətdə saxlanılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.

İdarə rəisi bildirib ki, penitensiar müəssisələrdə hər bir məhbusun səhhəti, saxlanma şəraiti və sağlamlıq durumu diqqət mərkəzindədir:

"Bunun üçün nazirliyin Tibb Baş İdarəsi də fəaliyyət göstərir. Hər bir məhkum kimi, Aleksandr Lapşinin də səhhəti nəzarətdədir. Əgər kiminsə səhhətində problem varsa, həkim briqadası dəvət edilir və həmin məhkumun səhhətindəki problem aradan qaldırılması üçün tədbir görülür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR