Bakı. 21 iyun. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycandakı bankların kartları ilə ölkə xaricində aparılan əməliyyatlar azalıb. Cari ilin may ayında kartlarla ölkə xaricində 65 mln. manat həcmində 533 min əməliyyat həyata keçirilib ki, bu da əməliyyatların həcmində 20% azalma deməkdir.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Ümumiyyətlə, cari ilin yanvar-aprel ayları ərzində kartlarla ölkə xaricində 303 mln. manat həcmində əməliyyat həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların həcmi 8% artıb.