Başqasının parolunu qıranları 15 il həbs gözləyir

Texnikanın inkişafı bu gün bizim istənilən məlumatı, o cümlədən şəxsi informasiyaları asanlıqla əldə etməyimizə imkan yaradır.

Kiminsə “WhatsApp” yazışmalarını, eləcə də “Facebook” parolunu ələ keçirmək heç də çətin məsələ deyil. Bir proqram, yaxud da İT mütəxəssisi bu planları həyata keçirməyimizə kömək edir. Bəs, bu əməllərə görə bizi hansısa məsuliyyət gözləyirmi?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Xəyal Bəşirov bildirdi ki, şəxsi hesabı qırıb, oradakı məlumatları şantaj məqsədilə istifadə edən şəxsi həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir:

““Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda tələblərin pozulması inzibati xətadır. Buna görə həmin şəxsi 300 AZN-dən 500 AZN-dək cərimə gözləyir. Həmin məlumat vasitəsilə şəxsə hədə-qorxu gələn şəxsləri isə cinayət məsuliyyəti gözləyir. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə (hədə-qorxu ilə tələb etmə) aiddir. O maddə 3 hissədən ibarətdir. Birinci hissədə ilk dəfə törədən şəxslərə 3 ildən 5 ilə qədər, ikinci hissədə 5 ildən 10 ilədək, üçüncü hissədə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulub. Ümumilikdə, şəxsi məlumatları oğurlayıb, şəxsi hədə-qorxu edən şəxsləri bu şəxsləri 3 ildən 15 ilədək həbs gözləyir”.

Hüquqşunas qeyd etdi ki, şəxsi məlumatı ələ keçirən, lakin başqa bir məqsədlə istifadə etməyən şəxsləri isə heç bir məsuliyyət gözləmir.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR