“Qarabağ”a 7 futbolçu qoşuldu

“Qarabağ”a 7 futbolçu qoşuldu
17:37 21 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. 


Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun düşərgəsinə daha 7 futbolçu qoşulub.

 

Bunlar Bosniya və Herseqovina millisində olan İbrahim Şehiç və yığma komandamıza dəvət alan Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılovdu. Dünəndən etibarən kollektivə qatılan adıçəkilən oyunçular bu gün məşqdə iştirak ediblər.

 

Şimali İrlandiya ilə seçmə mərhələ matçında yığmamızın heyətində debüt edən Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gedərək, toplanışda iştirak edəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qarabaa-7-futbolcu-qouldu-t58836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR