Tank aşdı: 1 hərbçi həlak oldu - Yaponiyada

Tank aşdı: 1 hərbçi həlak oldu - Yaponiyada
17:37 21 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Hokkaydo adasında hərbi təlimlər zamanı tank aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

Qəza zamanı tankın içərisində 4 hərbçi olub. Onlardan biri tank aşdıqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olub.

Tankda olan digər hərbçilər xəsarət almayıblar.

Qeyd edək ki, Yaponiyada keçirilən Quru Qoşunlarının təlimlərində 20-yə yaxın tank iştirak edir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR