Bakıda ən ucuz evlər hansı ərazidə satılır?

Bakıda 2017-ci ilin may ayında daşınmaz əmlak bazarında qiymətlər təxminən 1,37 faiz qalxıb.

Metbuat.az xəbər verir ki, yay aylarına baxmayaraq, daşınmaz əmlak bazarı fəallıq nümayiş etdirir.

“Qiymətlərin artması o demək deyil ki, satış yüksək dərəcədədir”.

Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR - Artım var

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib:

“Son 2 ildə mənzil bazarında qiymətlərin daha çox düşməsini müşahidə edirik. Əsasən də bahalı mənzillərdə və villalarda, lüks seqmentə aid olan daşınmaz əmlakda qiymətlər kəskin şəkildə düşüb. 2-3 il bundan öncə milyonlarla qiyməti olan mənzillər və yaxud villaların qiyməti azı 3 dəfə aşağı düşüb. Ancaq aşağı seqmentdə, yəni, 1-2 otaqlı evlərin qiymətində o qədər də ciddi dəyişikliklər hiss olunmur. Çünki bu seqmentə tələbat həmişə qiymətin ucuzluğu nöqteyi nəzərindən olub. Dollar ekvivalentində də düşmələr müşahidə olunur. Manatla qiymətlər baxımından isə Bakının bəzi rayonlarında qiymətlərin artmasını görürük. Yay aylarında bu təbii haldır. Çünki yay mövsümü həmişə daşınmaz əmlak qiymətlərinə müsbət təsir göstərir. Ona görə də manatla qiymətlərdə müəyyən dəyişiklik görünür. Amma bir çox hallarda insanlar mənzili dollarla satmağa üstünlük verir.

Bakıda kirayə evlərin qiyməti düşür

2-3 il əvvəl regionlarda mənzillərin qiyməti xeyli artmışdı

Dollarla qiymətlərdə o qədər də fərq yoxdur. Regionlarda qiymətin düşməsi özünü daha açıq şəkildə göstərir. Məsələn, 2-3 il bundan öncə bir çox regionlarda, əsasən də turistik zonalarda qiymətlər xeyli dərəcədə yüksəlmişdi. Amma son zamanlar həmin regionlarda da qiymətin düşməsini müşahidə edirik. Bu isə 3 faktorla bağlıdır. Birincisi, insanların alıcılıq qabiliyyəti zəifləyib. İkincisi, Rusiyadan gələn vəsait son 3 ildə 7 dəfəyə qədər azalıb. Bu da çox böyük təsir göstərir qiymətlərə. Üçüncü məsələ isə insanların gözləmə mövqeyi tutmasıdır. Qiymətin enməsini gözləyirlər. Azərbaycanda 3 il bundan öncə qiymətlər çox yüksəlmişdi. Bakı şəhərinin mərkəzindəki evlərin qiymətinə Avropanın istənilən şəhərində villa almaq mümkün idi”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR