"Əlimə nə keçib aparmışam" - Silsilə oğurluq edən şəxs saxlanıldı - VİDEO - FOTO

"Əlimə nə keçib aparmışam" - Silsilə oğurluq edən şəxs saxlanıldı - VİDEO - FOTO
18:37 21 İyun 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbəsində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxs ifşa edilib.

Milli.Az ARB TV-yə xəbər verir ki, iyunun 18-19-da rayon ərazisində 1 evdən, mağazadan, torpaq sahəsindən və emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub.

Saxlanılan şəxs, əsasən, qonşuluğunda yaşayan şəxslərin evlərindən oğurluq edib.

Nadir Məmmədov - saxlanılan şəxs: "Badamdar qəsəbəsində qonşularımın evləri olub. Girmişəm evlərə, əlimə nə keçib velosiped, mişar doğrayan, noutbuk aparmışam. Dəyər-dəyməzə satmışam".

Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Əlimə nə keçib aparmışam" - Silsilə oğurluq edən şəxs saxlanıldı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/556395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR