"NATO Cənubi Qafqaza daha çox diqqət ayırmalıdır"

"NATO Cənubi Qafqaza daha çox diqqət ayırmalıdır"
19:22 21 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

NATO Cənubi Qafqaza daha çox diqqət ayırmalı və region ölkələri ilə münasibətləri qurmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, ABŞ ordusunun polkovniki Robert E.Hamiltonun "Foreign Policy Research Institute" tərəfindən dərc olunmuş məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, SSRİ-nin dağılmasından sonra NATO bütün diqqətini Gürcüstana yönəldib.

Amma Cənubi Qafqaz regionuna kifayət qədər diqqətin ayrılmaması uzunmüddətli perspektivdə mənfi nəticələrə gətirib çıxara bilər. Müəllif yazır ki, bəzi addımlar regionun stabilləşməsinə və NATO-nun maraqlarının müdafiəsinə kömək edə bilər.

Bunun üçün ilk növbədə NATO Azərbaycan və Ermənistanla olan kanalları saxlamaqla Gürcüstanla münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi siyasətini davam etdirməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR