Türkiyənin Kahramanmaraş rayonunun Göksun Mahalında 10 gün əvvəl qaçırıldığı iddia edilən 13 yaşlı S.M.G. adlı qız ilə onu qaçırdığı deyilən 22 yaşlı Hacı D. polis tərəfindən tutulub.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, orta məktəb şagirdi S.M.G. keçən həftənin cümə günü məktəbə gedib, ancaq evə qayıtmayıb. Ailəsi axtarışlarına baxmayaraq qızlarını tapa bilməyincə, polisdən kömək istəyib və S.M.G.-nin Hacı D. tərəfindən qaçırıldığı məlum olub.
Hacı D. -nın Kayseridə olduğu deyilir. Polis cütlüyün gizləndiyi deyilən ünvana gəlsə də, cəhdləri boşa çıxıb.
Qızın ailəsi qatıldığı bir televiziya proqramında övladlarını qaçıran Hacı D. -nın əvvəl də 3 qızı qaçırdığını deyiblər. Hər yerdə axtarılan S.M.G. və Hacı D. dünən axşam saatlarında ələ keçiblər.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində