Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı
qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirib. NATO qırıcısı
Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri
Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.Moskva
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh edib.Avropa İttifaqı Şurası Rusiya barəsində sanksiyaların müddətini
uzatmağı planlaşdırır.Türkiyə Silahlı Qüvvələri Suriyanın
PYD-nin (PKK-ın Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə
sərhəd olan Kilisə hərbi texnika toplayır. Səudiyyə Ərəbistanı
kralının yeni vəliəhdi məlum olub.
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı
qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində
müdafiə xəttini keçməyə cəhd göstərib. Müdafiə
Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar
edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində
kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin
kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu
yayıb.
Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO
Rusiya-Ermənistan münasibətlərinin pərdəarxasında
ciddi narazılıqlar var. Putin Sarkisyanı nələrəsə məcbur edir. Bu,
Dağlıq Qarabağ məsələsi də ola bilər, yaxud hər hansı başqa bir
məsələ də. Lakin ikitərəfli münasibətlərdə aysberqin görünməyən
hissəsində gərginliyin olduğu aşkardır. Bu barədə
“lragir” saytı yazıb.
Putin pərdəarxasında Sarkisyanı sıxır: Qarabağ, pul və...- İrəvandan Kremlə ŞANTAJ
“Son günlər Qarabağda baş verən hadisələr yeni
müharibə əlamətidir. Artıq növbəti bir il ərzində genişmiqyaslı
müharibə başlaya bilər”. Bu barədə MDB İnstitutunun
direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev
deyib.
Onun sözlərinə görə, təmas xəttində artan gərginlik də yeni
müharibəyə hazırlıqdır.
“Hesab edirəm ki, bu il aprel hadisələrinin təkrarı mümkündür.
Xarici ölkələrin müdaxiləsi ilə gərginliyi azaltmaq olar, lakin
təəssüf ki, bu da müharibənin yenilənməsinin qarşısını ala
bilməyəcək. Ehtimal ki, müharibə bu il başlayacaq”, - deyə hərbi
ekspert vurğulayıb.
Ermənistan mediasına danışan Yevseyev ermənilərə təxribatçı
məsləhətlər də verib.
“Ermənistan təkcə müdafiəyə yox, hücuma da hazır olmalıdır.
Hücum edərək, bəzi əraziləri tutmalı və Azərbaycanın “aprel
müharibəsi”ndə geri qaytardığı ərazilərlə dəyişdirməlidir”, - deyə
rusiyalı ekspert açıq şəkildə Ermənistanı Azərbaycana qarşı hücuma
təhrik edib.
ABŞ Maliyyə Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə
əlaqədar 38 fiziki və hüquqi şəxs barəsində sanksiyaları tətbiq
edib. Sanksiyaların altına Rusiya və Donbasın işğal
altında olan ərazisindən 19 hüquqi və 19 fiziki şəxs, həmçinin
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nəzərov
düşüb.
Publika.az “Layf.ru” saytına istinadən xəbər verir ki,
sanksiyalar altına düşən təşkilatlardan biri də şəxsi hərbi şirkət
olan “Vaqner qrupu”dur.
Sanksiyalar siyahısına həmçinin “Vaqner”in komandiri Dmitri
Utkin də daxil edilib.
“Vaqner qrupu” ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkin
tərəfindən Rusiyanın müxtəlif güc srtukturlarından istefaya çıxan
zabitlərdən komplektləşdirilib. Qrup çox qapalı struktur hesab
olunur. Bəzi KİV-lərin iddiasına görə, “Vaqner qrupu” 2014-də
Donbasda, 2015-ci lldə isə Suriyada döyüş əməliyyatlarında iştirak
edib. Ancaq bu informasiyalar heç bir halda rəsmi təsdiqini
tapmayıb.
2016-cı ildə isə "RBC" saytının araşdırmasında deyilirdi ki,
Rusiya "Vaqner qrupu"nu Dağlıq Qarabağa köçürmək haqda düşünür.
Rusiyanın Qarabağa göndərmək istədiyi “Məxfi ordu”ya ABŞ-dan TƏRS ŞİLLƏ - BÖYÜK ŞOK
Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı
Donald Trampın Rusiya ilə əlaqəsinə inanmır. Ukrayna liderinin
fikrincə, Tramp Kiyevlə “möhkəm dostdur”.
Prezidentlərin Ağ Evdə görüşü dünən olub.
Poroşenko ABŞ-a səfəri zamanı həmçinin vitse-prezident Maykl
Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis,
Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının rəhbərləri ilə
görüşüb.
Ukrayna prezidenti Trampla danışıqlardan sonra öz sevincini
gizlətmirdi.
Poroşenko Moskvaya qarşı zəmanətlə qayıdır: Ağ Evdə TRİUMF
Ukrayna prezidenti Pyotr Poroşenkonun komandası
Ukraynanın cənub-şərqində münaqişənin nizama salınmasında ABŞ
prezidenti Donald Trampda maddi cəhətdən maraq oyatmaq üçün plan
hazırlayıb. Bu haqda Ukrayna prezidentinin
administrasiyasına yaxın mənbəyə istinadən Rusiyanın “Kommersant”
nəşri yazıb.
“Bizim təkliflərimizin mahiyyəti ondan ibarətdir ki, Donbasda
dağıdılmış infrastrukturun bərpası üçün müqavilələrin 90 faizi
Amerika şirkətlərinə çatacaq. Amma bunun üçün, təbii ki, Donbasın
Ukraynanın nəzarəti altına qaytarılması lazımdır. Bunun üçün isə
Vaşinqton prosesə aktiv cəlb olunmalı və Tramp administrasiyası
tərəfindən Moskvaya əlavə təzyiqlər göstərilməlidir”, - mənbə
deyib.
O həmçinin əlavə edib ki, biznesmen olduğu nəzərə alınaraq, plan
Trampa təqdim edilib.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını şərh
edib. Rusiyalı nazir növbəti məhdudiyyətlərin heç bir
əsas olmadan tətbiq edildiyini deyib.
Lavrov yeni sanksiyalara cavab verdi: “Rusofob düşkünlüyü...”
NATO-nun F-16 qırıcısı Baltik dənizinin neytral
sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun
təyyarəsinə yaxınlaşmağa çalışıb. Məlumata görə, NATO
təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək
istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının
qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.
NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin
olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı
silahları NATO qırıcısına “göstərib”. Bundan sonra F-16 geri
çəkilib.
Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz
Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini
vurması ilə Rusiyanın Suriyadakı uğurlarına son
qoyuldu. Bu haqda ABŞ-ın “The National Interest”
nəşri yazıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata
görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət
güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə
İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.
“Bu, nüvə apokalipsisi haqqında “Əfsus, Babilistan” romanının
süjetinə bənzəyir. Romanın süjetinə görə, Latakiyada sovet bazasına
təsadüfi yaylım atəşi iki super dövlətin arasında nüvə
müharibəsinin bilavasitə səbəbi olur”, - nəşr yazıb.
“Putinin itiriləsi heç nəyi qalmayacaq” - Nüvə müharibəsi üçün ŞOK SƏBƏB
Avropa İttifaqı Şurası Rusiya barəsində
sanksiyaların müddətini uzatmağı planlaşdırır. Bu
haqda Almaniya hökumətindəki mənbəyə istinadən TASS agentliyi
bildirib.
Mənbə qeyd edib ki, bu barədə qərar Avropa İttifaqı Şurasının
22-23 iyun tarixlərində keçiriləcək sammitində qəbul ediləcək.
Daha əvvəl verilən xəbərə görə, Avropa İttifaqının bir neçə
ölkəsi Rusiyaya qarşı sanksiyaların avtomatik uzadılmasına qarşı
çıxır.
Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə
Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31
yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib. 34 üzvlü
Sadakat Şurasının 31 üzvü qərarın lehinə səs verib.
Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də
çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib.
İddiaya görə, verilən qərarın arxasında Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) var. Kral Salmanın siyasətinə oğlunun böyük
təsirinin olduğu bildirilir. Onun Yəmən müharibəsini başlatdığı və
Qətərə qarşı embarqonun memarlarından biri olduğu deyilir.
İqtisadi islahatçı olan Məhəmməd bin Salmanın BƏƏ-nin ABŞ-dakı
səfiri ilə yaxın olduğu iddia edilir. Müdafiə Nazirliyinin başçısı
olan kralın oğlu bundan sonra baş nazirin müavini vəzifəsini də
icra edəcək.
Yeni vəliəhdin ilk bəyanatı İranla bağlı
olub. O, İranla danışıqlar aparılmayacağını və
müharibəni İran daxilinə çəkəcəyini deyib.
Amerikalılara qarşı gözüaçıq olmaq
lazımdır. Bunu İranın Ali dini lideri ayətullah Əli
Xamenei İraq Baş naziri Heydər Abadi ilə görüşü zamanı söyləyib. O,
ABŞ-ın İraqın birliyinə qarşı olduğunu bildirib:
“ABŞ və bəzi bölgə ölkələri İŞİD-in məhv olmasını istəmirlər.
Onlar öz pulları ilə İŞİD-i yaradıblar və indi onun İraqdan
çıxmaması üçün çalışırlar”.
Türkiyə Silahlı Qüvvələri Suriyanın PYD-nin (PKK-ın
Suriya qolu - red.) nəzarətindəki Afrin bölgəsi ilə sərhəd olan
Kilisə hərbi texnika toplayır. “Fırtına” topları,
həmçinin, topçu batareyalar bölgəyə göndərilib.
Bununla yanaşı, hərbi birləşmələr də bölgədədir. Dünən isə
Kilisə “komando” xüsusi təyinatlılar və tank birliklər
göndərilmişdi.
Gözləntilərə görə, Türkiyə Suriyada terrorçulara qarşı yeni
hərbi əməliyyata başlayacaq. Belə ki, Ərdoğan Vaşinqton səfərində
Trampla PYD-yə silah dəstəyinin kəsilməsi haqda razılığa gələ
bilmədi. Bundan sonra, Türkiyə prezidenti “bir gecə qəfil gələ
bilərik” mesajı verdi. Hərbi ekspertlərə görə, Türkiyə ordusu
sərhəddə təhlükə olan terrorçu qruplaşmalasının tamamilə məhv
edilməsi üçün genişçaplı hücum planını dövriyyə salacaq.
Hərbi texnika və xüsusi təyinatlılar sərhədə göndərildi: QƏFİL HÜCUM HAZIRLIĞI - FOTO/VİDEO
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/203471.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)