Xalq artistinin qızı: "Heç vaxt nəsə olanda..."

Xalq artistinin qızı: "Heç vaxt nəsə olanda..."
13:17 8 Yanvar 2015
223 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova “Düzünü desək” verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ailəsindən danışan ifaçı ərköyün böyümədiyini deyib:

"16 yaşımdan sərbəst həyata addım atmışam. Çalışmağa başlamışam. Hər istədiyimi özüm üçün etmişəm. Paltarıma qədər özüm hazırlamışam. Heç vaxt nəsə olanda gedib atama, anama şikayət etməmişəm. Atam öyrəşməyib ki, mən deyim "Ata, mənə onu al da".

Bu yaxınlarda atam soruşur ki, bayramdır, sənə nə alım? Deyirəm, heç nə istəmirəm. Bizdə bu cür olub. Ona görə də, ərköyün böyüməmişəm. Əslində isə nəslin ərköyün balası olmuşam, amma heç vaxt özümü öyməmişəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR