Azərbaycanlı aktrisa: "Ard-arda itkilər yaşadım, böyük dərddir" - FOTO

Azərbaycanlı aktrisa: "Ard-arda itkilər yaşadım, böyük dərddir" - FOTO
21:12 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Mən əslində bütün dərdlərimi içimdə çəkmişəm. Səhnəyə çıxanda bütün problemlərimi unuduram. Teatr mənim acı və şirin xatirələrlə dolu bir məkanımdır".

Bu sözləri həyatda ard-arda itkilər yaşayan aktrisa Məsumə Babayeva Milli.Az-a açıqlamasında bildirib.

"Aktrisaların adətən şəxsi həyatı yolunda getmir. Sözün düzü, əvvəllər məndə də bir az çətinliklər oldu, amma yoldaşım mənə dəstək oldu. Həmişə deyirdim ki, ailəm də olacaq, sənətim də. Allahıma çox şükürlər olsun ki, belə də oldu. Həyatda ard-arda itkilər yaşamışam, ilk öncə yoldaşımı, oğlumu və nəvəmi itirdim. Mənim yerimdə kim olsaydı, bəlkə də bunlara dözməyib, özünü öldürərdi. Bir ana üçün bu çox böyük dərddir. Teatrda da ağrılı-acılı ana rollarını oynayıram. Həyatla mənim taleyim, deyəsən, uyğunlaşır. Bütün dərdlərimi içimdə çəkirəm, istəmirəm insanlar mənim problemimlə tanış olsunlar", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/555746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR